Nigeriyada dəniz quldurları tankerə hücum ediblər
Ərzaq daşıyan “Vemahope” tankeri aprelin 30-da Qvineya körfəzi yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb.
"Seanews.az" xəbər verir ki, hadisə gəmi Lomedən (Toqo) Kameruna üzən zaman baş verib. Quldurlar yüksəksürətli katerlə tankerə minməyə nail olub və 10 nəfər heyət üzvünü girov götürüblər.
Hücumdan sonra gəmi şimala doğru üzüb.
Yerli vaxtla gecə saat 3-də Nigeriyaya məxsus yüksəksürətli “Avery” gəmisi kömək üçün hadisə yerinə göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır