Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

"Svir" üzən hospitalı Sankt-Peterburqa göndərilə bilər

Rusiya Elmlər Akademiyasının akademiki, Tibbi Xidmətin general-mayoru Yuri Şerbuk koronavirusla mübarizədə yerli xəstəxanalara dəstək olmaq üçün Dəniz Qüvvələrinin hospitala çevrilmiş gəmilərini böyük liman şəhərinə göndərilməsi təklifi ilə çıxış edib. O, həmkarlarını da bu təşəbbüsə qoşularaq prezident Vladimir Putinə müraciət etməyə çağırıb.  

Akademik “Svir” üzən hospitalını Sankt-Peterburqa göndərərək ordakı “Lenekspo” gəmisinə qoşmaq təklifini irəli sürüb.  “Lenekspo” gəmisi virusa yeni yoluxmuş və vəziyyəti ağır olmayan şəxslərin karantinə alınması və müalicəsi üçün nəzərdə tutulub. Gəmidə 100 ədəd xəstəxana çarpayısı, 200 istirahət yeri, 450 evakuasiya yeri, həmçinin terapevtik və cərrahiyyə şöbəsi, klinika və dispanser mövcuddur.

Akademikin fikrincə, bu addım xəstəxana bazasının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək və Şimal paytaxtındakı digər tibb müəssisələrinin işini xeyli yüngülləşdirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır