

ABŞ-a məxsus üzən hospital bazaya qayıdıb
ABŞ-ın Hərbi Dəniz Donanmasına məxsus “Comfort” üzən hospitalı koronavirusa yoluxmuş xəstələrin müalicəsini dayandıraraq Norfolkdakı bazaya geri dönüb.
Üzən hospital Nyu-Yorkda fəaliyyət göstərirdi. İlkin mərhələdə gəmidə yalnız karantinə alınmış şəxslər saxlanılırdı. Lakin sonradan quruda olan bütün xəstəxanalar dolduğundan, üzən hospitalda virusa yoluxmuş şəxslər də yerləşdirildi.
Gəmidə cəmi 180 nəfər yerləşdirilmişdi, onların 70%-i virusa yoluxmuşdu.
Sözügedən gəminin koronavirusla mübarizədə yenidən istifadə edilməsi barədə qərarlar hələlik müzakirə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır