Quldurların girov götürdüyü dənizçilərin sayı artır
Qərbi Afrika sahilləri gəmi heyətləri üçün çox təhlükəli əraziyə çevrilib. Son beş gündə quldurlar 16 dənizçini girov götürüblər.
Aprelin 30-da Panamaya məxsus “Vemahope” gəmisinin 10 nəfər heyət üzvü girov götürülmüşdü.
Mayın 3-də, demək olar ki, eyni bölgədə - Librevildəki (Qabon) sahil kənarında daha iki - Amerger II və Amerger VII gəmilərinə hücum edilib. 13 nəfərdən ibarət quldur dəstəsi iki hücum nəticəsində hər gəmidən 3 dənizçini girov götürüb. Girov götürülənlər arasında İndoneziya, Seneqal və Cənubi Koreya vətəndaşları da var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır