Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Yük gəmisi gün ərzində iki dəfə saya oturub

Latviyaya məxsus quru yük gəmisi "Rix Amethyst” Danimarkanın Lanqelan adası yaxınlığında iki dəfə saya oturub.

"Seanews.az" xəbər verir ki, arpa ilə dolu olan gəmi Rudkobinqdən Almaniyanın Bremen şəhərinə üzürdü.

Hadisə yerinə gələn yedək gəmisi saat yarım ərzində quru yük gəmisini vəziyyətdən çıxara bilib. Hərəkətini bərpa etmək üçün manevrlər edən gəmi ikinci dəfə saya oturub. Amma bu dəfə yarım saat ərzində gəmi kapitanı özü vəziyyətdən çıxa bilib. Elə həmin günün axşamı gəmi səfərinə davam edib.

Hadisə nəticəsində gəmiyə heç bir ziyan dəyməyib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır