

Məşhur kruiz şirkəti 6 gəmisini satacaq
Dünyanı cənginə alan koronavirus pandemiyası kruiz sənayesinə də mənfi təsir göstərib.
“Seanews.az” xəbər verir ki, dünyanın ən böyük kruiz şirkətlərindən biri olan “Carnival” 2020-ci ilin ikinci rübündə 4,4 milyard dollar zərərlə qarşılaşacağını gözləyir. Bu səbəbdən şirkət 6 gəmisini satacağını açıqlayıb.
Son üç ayda böyük gəlir itkisi ilə üzləşən şirkətdən bildirilib ki, gəmilərin planlaşdırılan satışı prosesi artıq başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır