

Quru yük gəmisi yükün ağırılığından saya oturub
Honq-Konqa məxsus “Shandong Fu De” quru yük gəmisi Ukraynanın Çernomorsk dəniz ticarət limanında saya oturub.
"Seanews.az" xəbər verir ki, hadisə gəminin həddindən artıq yüklənməsi səbəbindən baş verib. Gəmi hadisə yerinə gələn yedək gəmilərinin köməyilə işə salınıb.
Məlumata görə, gəmi Amsterdama üzürdü.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır