

Moskva çayında gəmilərin paradı keçiriləcək
Moskva çayında 23 iyunda gəmilərin paradı keçiriləcək.
"Seanews.az" xəbər verir ki, paradda 40-a yaxın müxtəlif tipli gəminin iştirakı planlaşdırılır.
Səhər 10-da başlanması planlaşdırılan paradın Novospassk körpüsündən Andreyevsk piyada körpüsünə qədər günortayadək davam etməsi bildirilir.
Paradda müasir gəmilərlə yanaşı, ötən əsrin 50-ci illərində inşa edilmiş gəmilərin də nümayiş ediləcəyi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır