

ABŞ hərbi gəmisi Gürcüstan limanına daxil olub
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Porter” gəmisi Gürcüstanın Batumi limanına daxil olub.
Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib.
Gəminin Batumi limanına üçüncü dəfə daxil olmasının məqsədi dəniz təhlükəsizliyi üzrə əməliyyatlar həyata keçirmək və regional təhlükəsizliyin gücləndirilməsidir.
Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır