

Dünyanın ən böyük və güclü buzqıran gəmisi Finlandiya körfəzinə üzüb
İyunun 23-də Sankt-Peterburqun “Baltik” gəmiqayırma zavodunda inşa edilmiş Arktik nüvə buzqıran gəmisi sınaq üçün Finlandiya körfəzinə aparılıb. Sınaq üzüşlərinin 3 həftə çəkəcəyi bildirilir.
"Seanews.az" xəbər verir ki, dünyanın ən böyük və güclü buzqıran gəmisi hesab edilən bu gəminin ilk sınaq üzüşləri ötən ilin dekabrında həyata keçirilmişdi.
2013-2016-cı illər ərzində inşa edilmiş gəminin uzunluğu 173.3, eni isə 34 metr, sürəti 22 uzel, dedveyti 33.54 min tondur. Heyəti 75 nəfərdən ibarətdir.
Sözügedən gəminin istismarına 40 il müddətinə təminat verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır