Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-09,
Seanews
Heyder Eliyev

Böyük Britaniya hökuməti qanunsuz miqrantların gəmilərini bloklamaq imkanlarını nəzərdən keçirir

Böyük Britaniya hökuməti ölkə sularına girmədən əvvəl La-Manş boğazından keçmək istəyən qanunsuz miqrantların gəmilərini bloklamaq imkanlarını nəzərdən keçirir.

“RİA Novosti” xəbər verir ki, bu vəziyyətdə Böyük Britaniya onları uzaqlaşdırmağa başlaya bilər.

Bənzər taktikadan İndoneziyadan gələn miqrantlarla mübarizə aparan Avstraliya çoxdan istifadə edib. Ölkənin hərbi dəniz qüvvələri miqrantların gəmilərini əks istiqamətə “çevirir”.

Bu siyasət özünü yaxşı tərəfdən göstərib, 2015-ci ildən Avstraliyaya heç bir miqrant getməyib.

Böyük Britaniya Fransanın ərazi sularını tərk edən miqrant gəmiləri üçün də eyni şəkildə hərəkət etməyi planlaşdırır.

Ancaq bəzi nazirlər bu cür nəzarət tədbirlərinə qarşı çıxırlar, çünki miqrantlar göyərtədən tullanmağa başlaya bilər və sonra onları tutmaq məcburiyyətində qalacaqlar.

Xatırladaq ki, fevral ayında Britaniya sərhədçiləri La-Manş boğazında 40-dan çox miqrantı saxlayıblar. Onlar qayıqla Kent qraflığına daxil olmaq istəyiblər.

Əməliyyatda Fransa sərhədçiləri də iştirak edib, miqrantlar Duvra aparılıb.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır