“Yujnıy” limanına gəlmiş gəminin heyətində koronavirus aşkarlanıb
Avqustun 8-də Ukraynanın “Yujnıy” limanına daxil olmuş Yunanıstana məxsus “Patra” gəmisinin heyətində koronavirus aşkarlanıb.
"Seanews.az" xəbər verir ki, gəmi səfərdə olan zaman heyət üzvləri arasında COVİD-19 simptomları aşkar edilib. Bütün heyət analiz verib, 11 nəfərin test nəticəsi müsbət çıxıb.
Ukraynanın Dəniz Limanları administrasiyasından verilən məlumata görə, vəziyyət nəzarətə götürülüb. Sözügedən gəmi karantinə alınıb. Gəmiyə kənar şəxslərin daxi olması və heyət üzvlərinin gəmini tərk etməsi qadağan edilib.
Gəmi sahibinə gəmi heyətini tam dəyişmək və gəmini dezinfeksiya etmək tövsiyə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır