Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-14,
Seanews
Heyder Eliyev

Norveç dünyanın ilk dəniz naviqasiya tunelinin inşasını planlaşdırır

Norveç dağlıq Stad yarımadasının ensiz hissəsində dünyanın ilk dəniz naviqasiya tunelinin inşası üçün genişmiqyaslı layihə həyata keçirməyi planlaşdırır. Tunel iki fyordu birləşdirərək, gəmilərə Norveç sahillərinin bu hissəsindəki dəniz yolunun çətinliklərindən xilas olmağa kömək edəcək. Buradakı keçid güclü küləklər və cərəyanlar səbəbindən təhlükəlidir.

"Seanews.az" xəbər verir ki, bir neçə il əvvəl “Stad Ship Tunnel” layihəsi təxminən 300 milyon ABŞ dolları həcmində hökumətin maliyyələşdirilməsi ilə Norveçin milli nəqliyyat planına daxil edilib. Layihənin əsas məqsədi ağır hava şəraitində gəmilərin təhlükəsizliyini təmin etməkdir.

Norveç Sahil Administrasiyasından (NCA)  verilən məlumata görə, tunelin inşasına hələ start verilməyib. Hazırda tunelin layihəsinin təkmilləşdirilməsi üzərində işlər davam edir.  Layihə hələlik dövlət tərəfindən maliyyələşdirilmir.  Administrasiya 2021-ci ildə Norveç hökumətinin layihəni dəstəkləməsinə ümid edir.

Tunelin uzunluğu 1.7 kilometr, hündürlüyü 37, eni isə 27 metr olacaq. Tuneldən suya oturumu 12 metr olan gəmilər keçə bilər. Sutka ərzində 100-ə qədər gəminin tuneldən keçməsinə icazə veriləcək.

Tunelin inşası hündürlüyü 300 metr olan dağın ətəyində həyata keçiriləcək. Tikiti işlərinin təqribən 4 il vaxt aparacağı planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır