Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-15,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük LNG ilə çalışan bunker gəmisi Rotterdama gəlib

“MOL” şirkətinə məxsus dünyanın ən böyük LNG ilə çalışan “Gas  Agility” bunker gəmisi bir sıra əməliyyatlar həyata keçirmək üçün Rotterdama gəlib.

"Seanews.az" xəbər verir ki, sözügedən gəmi “CMA CGM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən LNG ilə çalışan konteyner gəmilərini və Şimal dənizində fəaliyyət göstərən bir sıra gəmiləri yanacaqla təmin edəcək.

Çinin “Hudong” gəmiqayırma zavodunda inşa edilmiş gəminin uzunluğu 135 metrdir, yanacaq tutumu isə 18.6 min kub metrdir. Cari ilin avqustun əvvəlində həmin gəmiqayırma zavodunda bu tipli ikinci bunker gəmisinin inşasına start verilib. Təhvili 2021-ci ilin ikinci yarısına planlaşdırılan gəmi Fransanın Marsel-Fos bölgəsində və Aralıq dənizində istismar ediləcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır