• Bakı, 2022-05-17,
Seanews
Heyder Eliyev

Buzqıran gəmi Antarktidaya ekspedisiyadan sonra Şanxaya qayıdıb

Çinin Cənub qütbünə 174 gün davam edən 38-ci tədqiqat ekspedisiyasından sonra "Syuelun" buzqıran gəmisi çərşənbə axşamı Şanxay limanına qayıdıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Aprelin 20-də Şanxaya qayıdan ən yeni "Syuelun -2" buzqıranı da missiyada iştirak edib. Hər iki gəmi ekspedisiya zamanı 30.000 dəniz milindən çox məsafə qət edib.

Ekspedisiyanın məqsədi qlobal iqlim dəyişikliyi və okeanın plastiklə çirklənmə səviyyəsi ilə bağlı tədqiqatlar aparmaq idi. "Syuelun" buzqıranı növbəli personalı Çinin Çjunşan və Çançen stansiyalarına çatdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır