• Bakı, 2022-05-17,
Seanews
Heyder Eliyev

“Keppel” şirkəti “Sembcorp Marine” ilə birləşir

“Keppel Offshore & Marine” və “Sembcorp Marine” şirkətləri birləşmə müqaviləsi bağlayıblar. Bu barədə Sinqapurun “Keppel” qrupunun mətbuat xidməti məlumat yayıb.

“Seanews.az” xəbər verir ki,  “Keppel Corporation” və “Sembcorp Marine”-ni birləşdirmək barədə çərçivə razılaşmasına əsasən, “Keppel” adi səhmlərin 56% -ni və 500 milyon Sinqapur dolları nağd pul alacaq. “Keppel O&M”-in əməliyyat nəticəsində aktivlərinin dəyəri təxminən 4,87 milyard Sinqapur dolları olacaq.

“Keppel Offshore & Marine” dənizdə qazma və ixtisaslaşdırılmış gəmilərin layihələndirilməsi, təmiri, modernləşdirilməsi və tikintisi sahəsində ən böyük şirkətlərdən biridir, Asiya-Sakit okean regionunda, Meksika körfəzində, Braziliyada, Xəzər, Yaxın Şərq və Şimal dənizi regionlarında 20 gəmiqayırma zavodunu və filiallar şəbəkəsini birləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır