Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

İtaliya 700 milyon dollarlıq Rusiya yaxtasını müsadirə edib

İtaliya hökuməti Rusiyaya məxsus “Scheherazade” adlı yaxta üzərində həbs qoyub.

AZƏRTAC xəbər verir ki, İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyinin açıqlamasına görə, nazir Daniele Frankonun imzaladığı qərara əsasən, Karara limanında lövbər salan “Scheherazade” adlı yaxta maliyyə polisi tərəfindən müsadirə olunub.

Nazirlik lüks yaxtanın kimə aid olduğunu açıqlamayıb. Yerli mətbuat isə yaxtanın Rusiya hökumətinin məşhur şəxsləri ilə əlaqəsi olduğunu bildirib.

Sentyabr ayından bəzi təmir-bərpa işləri üçün Karara limanına yan alan lüks yaxta İtaliya maliyyə polisi tərəfindən bir müddətdir ki, araşdırılırdı. 140 metrlik lüks yaxtanın dəyərinin 700 milyon dollar civarında olduğu bildirilib.

Qeyd edək ki, İtaliya Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində rusiyalıların ümumi dəyəri 900 milyon avro olan yaxtalar və villalar da daxil olmaqla bir çox əmlakını müsadirə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır