Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Finlandiya Sayma kanalının əsaslı təmirindən imtina edə bilər

Finlandiyadakı Sayma gölü ilə Rusiyadakı Vıborq körfəzi arasında Sayma gəmiçilik kanalının  əsaslı təmiri Finlandiya hökuməti tərəfindən ləğv edilə və ya təxirə salına bilər.

“Seanews.az” xəbər verir ki, bu barədə  “Helsingin Sanomat” qəzeti yazıb. 

"Hökumət Sayma kanalının əsaslı təmirini ləğv etmək və ya dayandırmaq niyyətindədir", - qəzet yazır.

Sayma kanalının yenidən qurulmasını nəzərdə tutan əsaslı təmir 95 milyon avroya başa gələcəkdi. Kanalın əsaslı təmiri, dərinləşdirilməsi və genişləndirilməsindən imtina ediləcəyi təqdirdə Finlandiya hökumətinin qənaət proqramları həyata keçiriləcək.

Qəzet həmçinin iddia edir ki, sanksiyalara görə kanalın maliyyəsi ləğv edilib. Buna görə də, yaxın illərdə Sayma kanalının saxlanması üçün daha az pul ayrılacaq.

Xatırladaq ki, Sayma kanalının uzunluğu 57 km-dən çoxdur. Eyni zamanda, Finlandiya 23 km-dən çox, Rusiya isə 34 km-ə sahibdir. Finlandiya kanalın Rusiya hissəsinin 19,6 km-ni və ona bitişik ərazini Rusiya Federasiyasından icarəyə götürüb. Kanalın icarə müddəti 2063-cü ilə qədər etibarlıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır