Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Xorvatiyanın ən böyük gəmiqayırma zavodu müflis olmaq həddindədir

“DIV Group”-un törəmə şirkəti və ölkənin ən böyük sənaye müəssisəsi olan “Brodosplit”  gəmiqayırma zavodu müflis olmaq həddindədir.

“Seanews.az”  xəbər verir ki, tərsanə artıq sifariş verilən iri gəmilərin tikintisi üçün sistemli maliyyəni təmin edə bilmir. Şirkət problemlərin Ukrayna böhranının kəskinləşməsindən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində yarandığını vurğulayır.

Əsas çətinliklər aprel ayında Aİ ölkələrinin Rusiyanın “VTB” bankı ilə maliyyə əməliyyatlarına qadağa qoymasından sonra başlayıb.

O vaxta qədər “Brodosplit” tərsanələrində inşası müxtəlif səviyyələrdə iki böyük gəmi olub. Sifarişin ümumi dəyəri 150 milyon avro qiymətləndirilib və “DIV Group” bu məbləğin yalnız 30 milyonunu maliyyələşdirə bilib. “Brodosplit” gəmiqayırma zavodu qalan 120 milyon avronu “VTB” bankdan borc götürüb, lakin daha sərt məhdudiyyətlər tətbiq olunana qədər o, cəmi 82 milyon avro ala bilib.

 “Brodosplit”-in dövlətdən müvafiq maliyyə yardımı almaq cəhdləri nəticəsiz qalıb.

“DIV Group” korporasiyası da yardım məqsədi ilə Xorvatiyanın  Yenidənqurma və İnkişaf Bankına müraciət edib, lakin “Brodosplit” gəmiqayırma zavodlarını dəstəkləmək üçün heç bir subsidiya və hətta kredit ala bilməyib. Nəticədə şirkət əvvəllər iri gəmilərin tikintisində çalışmış 1500 işçinin əksəriyyətini ixtisar etmək məcburiyyətində qalıb. Hər iki layihə qeyri-müəyyən müddətə dondurulub. İndiyədək yalnız Xorvatiya Müdafiə Nazirliyi üçün patrul katerlərinin tikintisi üzrə müqaviləni yerinə yetirən 600 nəfər iş yerlərini xilas edə bilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır