Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük çoxməqsədli yük gəmisi Afrikaya avadanlıq çatdıracaq - VİDEO

Dünyanın ən böyük çoxməqsədli yük gəmisi olan “Pilecki”, Çindən Mərakeşə vaksin istehsal edən avadanlıqları daşıyacaq.

“Seanews.az” xəbər verir ki, uzunluğu 199,9 metr, eni 32,26 metr olan gəmi mayın 5-də ilk yük partiyası ilə Şanxay limanını tərk edib.

Bu, “Pilecki”-nin sahibi olan Çin-Polşa səhmdar gəmiçilik şirkətinin və “Morimatsu Group” peyvəndi istehsal xəttinin Çin təchizatçısının birgə layihəsidir.

Layihənin həyata keçirilməsi Afrikada 20-dən çox növ peyvəndin, o cümlədən COVID-19-a qarşı üç peyvəndin istehsalına və qitədə illik tələbatın 60%-dən çoxunu ödəməyə imkan verəcək.

2022-ci ildə inşa edilən “Pilecki”, “Chipolbrok” tərəfindən “CSSC Chengxi” zavoduna sifariş edilən və dedveyti 62 min ton olan dörd  çoxməqsədli gəminin üçüncüsüdür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır