Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Rusiya Belarusa dəniz limanı üçün yer verəcək

Finlandiya körfəzi sahillərində Belarus yükləri üçün dəniz limanı yaradılacaq.

“Seanews.az” xəbər verir ki,  liman yeni Bronka limanının (Sankt-Peterburqun Lomonosov ətrafı ərazisi) yanında yerləşəcək. Bu, Vladimir Putin və Aleksandr Lukaşenko arasında KTMT sammiti çərçivəsində keçirilən görüşdən sonra məlum olub.

Mart ayında Lukaşenka bildirmişdi ki, söhbət hətta Rusiyanın bir limanından yox, limanlardan gedir. Limanların iki ilə tikiləcəyi gözlənilir.

Litva və Estoniya kalium və neft məhsullarının aşırılması üçün bağlandıqdan sonra Belarusun Rusiyada öz limanları və ya terminalları lazım idi. Amma hələ bundan əvvəl, 2020-ci ildə Lukaşenko Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkoya liman tikməyi təklif etmişdi.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır