Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-13,
Seanews
Heyder Eliyev

Böyük Britaniya və Aİ Rusiyadan neft daşıyan gəmilərin sığortasını qadağan etmək istəyirlər

Avropa İttifaqı (Aİ) altıncı sanksiyalar paketi çərçivəsində enerji resurslarına qoyulan embarqoya əlavə olaraq, Rusiya neft yüklərinin sığortalanmasını qadağan etmək istəyir.

“Seanews.az” xəbər verir ki,  bu barədə “The Wall Street Journal” (WSJ) anonim rəsmilərə və diplomatlara istinadən məlumat verib. Mənbələr bildirirlər ki, sığorta qadağası Rusiya neftini dünyanın istənilən yerinə daşıyan tankerlərə şamil ediləcək.

Aİ-yə üzv ölkələrin liderləri mayın 30-da axşam saatlarında bildiriblər ki, onlar Rusiya xam nefti və gəmilərlə gətirilən neft məhsullarını qadağan etmək barədə prinsipial razılığa gəliblər. Embarqonu dəstəkləməkdən imtina edən Macarıstanın mövqeyinə görə boru kəməri ilə idxal edilən yanacaq sövdələşmədən çıxarılıb. Qadağa bir neçə ay ərzində mərhələli şəkildə tətbiq olunacaq. Embarqo ilin sonuna qədər Rusiyanın əvvəlki neft idxalının 90%-ni əhatə edə bilər.

Gəmi sahibləri və tacirlər neft dağılmaları və digər təhlükələrdən yarana biləcək itkilərdən qorunmaq üçün iki əsas sığorta növü həyata keçirirlər. Sığorta növlərindən biri də gövdə və avadanlıqların sığortasıdır. Digər növ üçüncü şəxslərin məsuliyyətini əhatə edən müdafiə və təzminatdır.

Bundan əvvəl “Bloomberg” agentliyi xəbər vermişdi ki, Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində Avropa məhkəmələrinə və şirkətlərinə Rusiya neftinin dünya üzrə daşınması ilə bağlı xidmətlərin göstərilməsi, o cümlədən sığorta sahəsində qadağan edilməsini təklif edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır