Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

İordaniyanın Aqaba limanında zəhərli qaz sızması baş verib

İordaniyanın Aqaba limanında zəhərli qaz sızması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, 250 nəfərdən çox insan isə zəhərlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi “Əl-Mamlaka” televiziya kanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumatda bildirilib ki, limanda zəhərli qazlı maddə ilə doldurulmuş çənin daşınma zamanı yıxılması nəticəsində qəza baş verib ki, bu da qaz sızmasına səbəb olub.

Qaz sızmasının yaşayış məntəqələrindən uzaqda baş verdiyi qeyd edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır