Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Portuqaliyada BMT-nin ikinci okean konfransı işə başlayıb

İyunun 27-də Lissabonda Keniya və Portuqaliya hökumətlərinin birgə təşkilatçılığı ilə BMT-nin ikinci okean konfransı işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iyulun 1-dək davam edəcək “Okeanları xilas et, gələcəyi qoru” adlı Lissabon konfransında 140 ölkədən 7 mindən çox nümayəndə iştirak edir. Onlar arasında 25 dövlət və hökumət başçısı, 100-ə yaxın nazir, 38 ixtisaslaşmış qurum və beynəlxalq təşkilat, 1200-ə yaxın qeyri-hökumət təşkilatı, 400-dən çox şirkət nümayəndəsi yer alıb.

Portuqaliya hökuməti ümid edir ki, konfrans dəniz həyatını qorumaq üçün Dayanıqlı İnkişaf Məqsədinə çatmağa kömək edəcək Lissabon Bəyannaməsini qəbul edəcək.

BMT-nin məlumatına görə, Yer səthinin 70 faizindən çoxunu əhatə edən və dünyadakı bütün canlıların 80 faizini edən okeanlar insan fəaliyyətinin görünməmiş təhlükələri ilə üzləşir.

Qeyd edək ki, okeanlara həsr olunmuş ilk konfrans beş il əvvəl Nyu-Yorkda keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır