Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-11,
Seanews
Heyder Eliyev

“Global Ports”-un Direktorlar Şurasına yeni namizədlər irəli sürülüb

“Global Ports” 2022-ci il iyulun 29-da Kiprdə şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılacağını elan edib.

“Seanews.az” xəbər verir ki, gündəliyə Direktorlar Şurasının yeni üzvlərinin seçilməsi daxildir.

Qeyd edək ki, daha əvvəl “Global Ports” İnna Kuznetsovanın şirkətin  Direktorlar Şurasının tərkibindən istefa verdiyini və Lambros Papadopulos tərəfindən namizədliyini geri götürdüyünü açıqlamışdı.

Yeni namizədlər Sonya Ajini və İosif İosifakisdir.

S. Ajini 19 illik təcrübəyə malik peşəkar hüquqşünasdır, “Sonia Ajini & Co LLC” hüquq firmasının və “Ajilex Ltd” dəniz hüquqi sahəsində məsləhət şirkətinin təsisçisi və idarəedici direktorudur. O, Kipr-Slovakiya biznes assosiasiyasının direktoru və vitse-prezidentidir və Kiprdə Liberiya Dəniz Reyestrinin xüsusi agentidir və Kiprdə qeydiyyatdan keçmiş şirkətlərin bir neçə direktorlar şurasında direktor vəzifəsində çalışmışdır.

S.Ajini Slovakiyanın Mateya Bela Universitetində magistr və hüquq elmləri doktoru dərəcələrini, 2012-ci ildə London Metropolitan Universitetində dəniz hüququ üzrə magistr dərəcəsini almışdır. Kiprdə Mərkəzi Lankaşir Universitetində kommersiya və dəniz hüququ üzrə dosent, Kipr və Slovak Vəkillər Kollegiyasının üzvüdür.

İosif İosifakis karyerasına “PwC”-də başlayıb, burada audit və idarəetmə konsaltinqi sahəsində müxtəlif vəzifələrdə etimadə doğruldub.

Son 20 ildə strateji və maliyyə təhlili və planlaşdırma, eləcə də telekommunikasiya sənayesində pərakəndə satış üzrə rəhbər vəzifələrdə işləyib. 2008-2021-ci illərdə “Cablenet Communication Systems PLC”-də çalışıb, 2018-ci ildən - baş direktorun müavini, bundan əvvəl “CNS Investments Group”-un maliyyə direktoru, Yunanıstan və Kipr telekommunikasiyalarında direktorlar şuralarının üzvü olub.

İ.İosifakis İngiltərə və Uelsin Nizamlı Mühasiblər İnstitutunu və Susseks Universitetini (Böyük Britaniya) bitirib, İngiltərə Direktorlar İnstitutunun üzvüdür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır