Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-11,
Seanews
Heyder Eliyev

Cənubi Çin dənizində qəzaya uğrayan gəminin 27 heyət üzvü itkin düşüb 

Şənbə günü Cənubi Çin dənizinin Honkonq sahillərində şiddətli qasırğa səbəbindən qəzaya uğrayan mühəndis gəmisinin onlarla heyət üzvü itkin düşmüş hesab olunur.

AZƏRTAC “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, iki təyyarə və dörd helikopterlə hadisə yerinə gələn xilasedicilər şənbə günü axşamadək 30 nəfərlik heyət üzvlərindən yalnız üçünü xilas edə biliblər.

Qəza Honkonqdan 300 kilometr cənub-qərbdə baş verib. “Çaba” tropik qasırğasının episentrində olan gəmi iki hissəyə bölünərək batıb. Gəminin mənşəyini açıqlamayan xilasedicilər bildiriblər ki, ekipaj üzvləri küləyin sürəti saatda 110 kilometrə çatan şiddətli “Çaba” qasırğası səbəbindən çətinliklərlə üzləşiblər.

Sinoptiklərin məlumatına görə, qasırğa əhalinin sıx məskunlaşdığı Quandun əyalətinə rekord miqdarda yağıntı və təbii fəlakət gətirəcək. Hazırda “Çaba” qasırğası saatda 15-20 kilometr sürətlə şimal-qərbə doğru irəliləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır