Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Rumıniya taxıl ixracı üçün kanallarından istifadə etməyə razılıq verib

Rumıniya Ukraynaya üçüncü ölkələrin bayraqları altında taxıl daşıyan gəmilərin Kil və Bıstrıy kanallarından keçməsinə razılıq verib.

"Seanews.az" xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyindən bildirilib. 

Ukrayna taxılının ixracı üçün istifadə edilən nəqliyyat marşrutlarının şaxələndirilməsi və sadələşdirilməsinin baxımından, Bıstrıy kanalından taxıl daşıyan gəmilərin tranziti üçün Rumıniya tərəfinin razılığı çox vacibdir.

Xarici İşlər Nazirliyinin məlumatında xüsusi qeyd edilir ki, Rumıniya tərəfi Ukraynadan taxılın tranzitini və ixracını, o cümlədən Dunay və Qara dənizdəki Rumıniya limanları vasitəsilə nəqlini asanlaşdırmaq üçün milli səviyyədə və Avropa İttifaqı daxilində ardıcıl səy göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır