

Çində gəmi qəzasında 6 nəfər həlak olub
Çində balıqçı gəmisinin qəzaya uğraması 6 nəfərin ölümünə səbəb olub.
APA-nın xəbərinə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Ölkənin şərqindəki Ninbo şəhəri yaxınlığında baş verən qəza zamanı gəmidə 16 nəfər olub. Onlardan doqquzu xilas edilib. İtkin düşən 7 nəfərin axtarışları davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır