Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Türkiyənin Ambarlı limanının qəbul etdiyi yükün həcmi açıqlanıb

2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Ambarlı limanı 9 milyon 612 min 4 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 1 milyon 505 min 761 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 106 min 243 ton yük daşınıb.

“2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin Ambarlı limanından 4 milyon 772 min 517 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanları 197 milyon 219 min 172 ton yük qəbul edib.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 13 milyon 766 min 377 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 183 milyon 452 min 795 ton təşkil edib.

Yanvar-iyun aylarında Türkiyə limanlarından 41 milyon 599 min 585 ton tranzit yük daşınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır