LNG ilə işləyən gəmilərin sayı 6 dəfə artıb
Bu ilin iyul ayında dünyada LNG ilə işləyən 9 gəmi sifariş edilib. Beləliklə, 2028-ci ilə qədər bu cür gəmilərin sifarişlərinin sayı 500 ədədi keçəcək ki, bu da dünyada LNG-dən yanacaq kimi istifadə edən hazırkı donanmanın həcmindən iki dəfə böyükdür.
“Seanews.az”-ın məlumatına görə, hazırda dünyada LNG ilə işləyən 313 gəmi var. 2014-cü ildə mayeləşdirilmiş təbii qazla işləyən cəmi 50 gəmi olub.
2022-ci ilin 7 ayı ərzində cəmi 160-dan çox LNG gəmisi sifariş edilib. Onların yarıdan çoxu konteyner gəmiləri, dörddə biri isə avtomobil daşıyıcılarıdır. Əsasən, belə gəmilər iki yanacaqlı mühərriklərlə təchiz edilmişdir. Sifarişlər qovluğunda onların payı 89% təşkil edir.
“The Maritime Executive DNV”-nin hesabatına görə, bu il dünya üzrə gəmiləri mayeləşdirilmiş təbii qazla təchiz edən gəmilərin sayı 38-ə çatıb. Cari ildə daha 18 belə gəmi sifariş edilib.