Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Livanda alıcı Ukrayna taxılından imtina edib

Ukraynanın Livandakı səfirliyi sifarişçinin “Razoni” quru yük gəmisinin Odessadan gətirdiyi taxıldan imtina etdiyini açıqlayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik “Twitter” səhifəsində yazıb.

"Livandakı son alıcı çatdırılma müddətində gecikmə (beş aydan çox) səbəbindən yükdən imtina etdi", - məlumatda deyilir.

Qeyd olunur ki, hazırda daşıyıcı Livandan kənarda da olsa, alternativ alıcıları nəzərdən keçirir.

Bir gün əvvəl Livanın ictimai işlər və nəqliyyat naziri Əli Hamiya bildirmişdi ki, göyərtəsində 26 ton qarğıdalı olan “Razoni”gəmisi  marşrutunu dəyişib və yəqin ki, yeni təyinat üçün təlimat gözləyir.

Qara dəniz limanlarından Ukrayna taxılının ixracı “taxıl müqaviləsi” çərçivəsində baş verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır