Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş neft qazı və mayeləşdirilmiş ammonyak daşıyacaq yeni gəmi LPG ilə işləyə biləcək

Yaponiyanın “Kawasaki Heavy Industries, Ltd.” (“KHI”)  konserninin gəmiqayırma zavodu 86,7 min kubmetr tutumlu tankerin tikintisi üçün “Nippon Yusen Kabushiki Kaisha” (“NYK”) gəmiçilik şirkəti ilə müqavilə imzalayıb. Mayeləşdirilmiş neft qazı və mayeləşdirilmiş ammonyak daşıyacaq gəmi LPG ilə işləyə biləcək.

“Seanews.az”-ın az məlumatına görə, bu, “NYK” donanmasında dördüncü LPG/NH3 daşıyıcısı olacaq.

Gəmi LPG və ammonyakın eyni vaxtda daşınması üçün nəzərdə tutulmuş ayrı-ayrı yük çənlər ilə təchiz olunacaq. “KHI” üçün bu, sənaye qrupunun gəmiqayırma zavodunda tikiləcək 78-ci qaz daşıyıcısı, LPG daşımaq və gəmi yanacağı kimi istifadə etmək üçün 15-ci tanker və həm LPG, həm də ammonyak daşıyan səkkizinci gəmi olacaq. “Kawasaki” 2025-ci ildə Sakaida tərsanəsində gəmilərin tikintisini başa çatdırmağı planlaşdırır.

Gəmi eyni anda  sənaye tərəfindən sıfır emissiya səviyyəsinə nail olmaq üçün tələb olunan iki növ yanacaq daşıya biləcək.

Layihənin xüsusiyyəti adi dəniz qazı daşıyıcıları ilə müqayisədə yük çənlərinin böyük tutumudur ki, bu da gəminin əsas ölçülərinə təsir göstərmir.

Gəmi aşağı kükürdlü mazut və mayeləşdirilmiş neft qazı ilə işləyəcək. Bundan əlavə, gəmi əsas mühərrikin fırlanma enerjisini elektrik enerjisinə çevirən val generatoru ilə təchiz olunub. Bu, gəmiyə normal işləmə şəraitində bütün dizel generatorlarını dayandırmağa imkan verir.

Gəminin uzunluğu  təxminən 230 metr, eni  37,20 metr, hündürlüyü  21,90 metr, suya oturumu 11,65 metrdir.

Qeyd edək ki, “Kawasaki Heavy Industries, Ltd.” 1878-ci ildən fəaliyyət göstərir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır