Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Sifarişçi üzən qazma qurğusunu inşa edən zavoddan 975 milyon dollar kompensasiya tələb edir

Yaponiyanın enerji şirkəti “Inpex” Cənubi Koreyanın gəmi istehsalçısı “DSME”-ni Beynəlxalq Ticarət Palatasına (ICC) məhkəməyə verib. “Inpex” şirkəti “Ichthys Venturer” üzən qazma qurğusunun təhvil verilməsində gecikmə və onun istismarı zamanı aşkar edilmiş qüsurlarla əlaqədar zərərin ödənilməsini istəyir.

“Seanews.az” xəbər verir ki, tələb olunan kompensasiyanın məbləği 975 milyon dollardır, bu, “DSME”-nin nizamnamə kapitalının yarısından çoxdur.

“DSME” iddia edir ki, “Inpex” əvvəllər müqavilədə dəyişikliklərlə bağlı əlavə xərclərə razılaşıb. Şirkət bildirir ki, “təzminatın məbləği və deyilənlər əsassızdır”.

“Ichthys Venturer”-un tikintisi üzrə müqavilə 2012-ci ildə imzalanıb. Qazma qurğusunun inşası 2017-ci ildə başa çatdırılsa da, 2019-cu ildə istismara verilib. “Ichthys Venturer” Avstraliyada “Ichthys LNG” layihəsi üzərində işləyir.

“Inpex”-in iddiası ilə “DSME”-nin maliyyə problemlərinə yeni problem əlavə olunub. Xatırladaq ki, iyulun əvvəlində gəmiqayırma zavodu maliyyə problemləri yaşadığını açıqlamışdı. Onun borc nisbəti bu ilin birinci rübünün sonuna qədər 574%-ə yüksəlib, buna bir çox, o cümlədən Rusiya gəmiləri üçün sifarişlərin ləğvi, xammal qiymətlərinin kəskin artması və subpodratçıların tətili səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır