

Səudiyyə Ərəbistanı gəmiqayırma üçün polad istehsal edəcək zavodlar tikir
Səudiyyə Ərəbistanı polad istehsalı üçün ümumilikdə 9 milyard dollarlıq üç investisiya layihəsi həyata keçirir.
“Seanews.az”ın məlumatına görə, metallurgiya zavodlarından biri gəmiqayırma, neft boruları və platformalar üçün polad təbəqələr istehsal edəcək.
Müvafiq bəyanatla Səudiyyə Ərəbistanının sənaye və mineral sərvətlər naziri Bəndər əl-Xoraef metallurgiya və polad üzrə beynəlxalq konfransda çıxış edib.
Ölkədə ildə 1,2 milyon ton məhsul istehsalı nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır