Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Polşa yeni gəmiçilik kanalı açıb

Baltik (Vistula) dili vasitəsilə Elblaq liman şəhərini Baltik dənizi ilə birləşdirəcək yeni gəmiçilik kanalı rəsmi olaraq açılıb. 

"Seanews.az" xəbər verir ki, əvvəllər gəmilər Vistula körfəzinə və Elbląq limanına Rusiyanın ərazi suları vasitəsilə keçirdi. Bu rejim dövlətlər arasında bağlanan naviqasiya hüquqlarına dair xüsusi müqavilə ilə tənzimlənirdi.

Polşa prezidenti Anjey Duda kanalın açılmasını “Polşanın böyük qələbəsi” adlandırıb.

Texniki qəbul proseduru çərçivəsində kanala ilk olaraq dövlət xidmətlərinin üç gəmisi daxil olub: Qdinyadakı Dəniz Administrasiyasının çoxməqsədli 60 metrlik “Zodiac II” flaqmanı, Sərhəd Mühafizəsinin gəmisi və xilasedici gəmi.

Uzunluğu 1,3 km və dərinliyi 5 metr olan yeni kanal Kalininqrad (Vistula) buxtasını Qdansk körfəzi ilə birləşdirir.

Layihənin dəyəri 2 milyard zloti (400 milyon dollar) təşkil edib.

Uzunluğu 100 metrə, eni isə 20 metrə qədər olan gəmilər kanaldan keçə biləcək.

Varşavada iddia edirlər ki, Baltik dilindən keçən kanal Aİ qanunvericiliyinə və ekoloji standartlara tam uyğun olaraq tikilir. Layihənin həyata keçirilməsinə qarşı çıxan Rusiya tərəfi ekoloqlarının fikrincə isə, bu kanal təbiətə düzəlməz ziyan vuracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır