Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Şimali Koreya yeni raket sualtı qayığını buraxmağa hazırlaşır

Şimali Koreya yeni sualtı qayıq buraxmağa hazırlaşır. Bunu “Sinpo South Shipyard”  tərsanəsinin peyk görüntüləri sübut edir.

“Seanews.az” xəbər verir ki, sualtı buraxılış körpüsünün yaxınlığında gəmilər və barjlar görünüb. Şəkillərdə tikinti sexinin körpüsünə yığılmış altı barj və gəmi əks olunub.

Analitiklər ən azı bir yeni sualtı qayığın inşa edildiyinə dair işarələri ilk dəfə 2016-cı ildə müşahidə etdilər və 2019-cu ildə dövlət mediası Şimali Koreya lideri Kim Çen İnin "özünün xüsusi diqqəti" altında inşa edilmiş və şərq sahillərindən kənar sularda olacaq və əvvəllər heç bir məlumat verilməmiş sualtı qayığı yoxladığını göstərib.

Ekspertlərin fikrincə, yeni gəminin görünən ölçüləri onun raket daşımaq üçün nəzərdə tutulduğunu göstərir.

Şimali Koreyanın böyük sualtı donanması var, lakin yalnız bir eksperimental sualtı qayıq ballistik raket daşıya bilib. Şimali Koreya may ayında Sinpo yaxınlığında sualtı qayıqdan ballistik raketin sınaq buraxılışını həyata keçirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır