Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-23,
Seanews
Heyder Eliyev

Yaponiyada süni intellektlə idarə olunan gəmiqayırma zavodu yaradılacaq

Yaponiyanın “Kawasaki Heavy Industries” şirkəti gəmiqayırmada əməkçi çatışmazlığını aradan qaldırmaq və istehsalın səmərəliliyini artırmaq məqsədilə süni intellektlə idarə olunan gəmiqayırma zavodu yaradacaq. Şirkət bunun üçün “Nvidia” ilə əməkdaşlığa başlayıb.

“Seanews.az” xəbər verir ki, layihə çərçivəsində “Kawasaki Heavy”nin “Sakaide Works” gəmiqayırma zavodunun rəqəmsal əkizi (digital twin) yaradılacaq. Bu texnologiya tikinti proseslərini real istehsala başlamazdan əvvəl virtual mühitdə sınaqdan keçirməyə və optimallaşdırmağa imkan verəcək.

Tərəflər generativ süni intellekt, robotlar və avtonom sistemlərdən istifadə etməklə yeni nəsil gəmiqayırma sistemi hazırlamağı planlaşdırırlar. Qaynaq kimi əmək tutumlu işlərdə Sİ ilə işləyən robotlardan, materialların daşınmasında isə avtonom nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulur.

Layihənin Yaponiyanın yaşlanan işçi qüvvəsi və ixtisaslı qaynaqçı çatışmazlığı probleminin həllinə, həmçinin gəmiqayırma sənayesində məhsuldarlığın artırılmasına töhfə verəcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır