Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Çinin ilk avtonom fider konteyner gəmisinin tikintisinə başlanıb

Çinin “Qingdao Shipyard” gəmiqayırma zavodu avtonom rejimdə çalışan ilk fider konteyner gəmisinin inşasına start verib. Gəmi "Zhi Fei" adlandırılacaq.

"Seanews.az" xəbər verir ki, gəminin tutumu 300 TEU, uzunluğu 117, eni 15 metr, dedveyti 5 min ton, maksimal sürət həddi isə 12 uzel olacaq.

Gəmi intellektual naviqasiya sistemilə, tullantıları və səs-küyü azaldacaq ekoloji texnologiyalarla təchiz ediləcək. Bundan əlavə, konteyner gəmisi enerji istehlakını optimallaşdırmaq üçün hibrid quraşdırma və batareya sistemi ilə təmin olunacaq/

Gəminin 2021-ci ilin iyununda istifadəyə verilməsi planlaşdırılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır