Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Gəmilər üçün "sığınacaq yeri" necə seçilir? 

Gəminin sığınacaq yeri - naviqasiya üçün mövcud olan təhlükəli meteoroloji şəraitin yaxşılaşmasını gözləmək, bu və ya digər səbədən yardıma ehtiyacı olan gəminin vəziyyətini sabitləşdirmək, naviqasiya üçün təhlükələri azaltmaq, insan həyatını və ətraf mühiti qorumaq üçün tədbirlərin görülə biləcəyi su akvatoriyasıdır.

Sığınacaq yerinin təyin edilməsi faktiki vəziyyətdən asılı olur və diqqətlə seçilməlidir. Bu zaman aşağıdakı faktorların təmin edilməsi nəzərə alınmalıdır:

- Gəminin bortunda olan şəxslərin təhlükəsizliyi və mühafizəsi;

- Gəminin və yükün təhlükəsizliyi;

- Dəniz və sahilyanı rayonların mühafizəsi;

- Həssas qurğuların mühafizəsi və əraziyə sosial-iqtisadi təsiri;

- Külək və hava proqnozlarının sonrakı dəyişilməsi;

- Gəminin naviqasiya cəhətdən təhlükəli olan terminallara, yaxud obyektlərə təsiri və yaxınlığı;

- Dalğıclar tərəfindən gəminin struktur bütövlüyünün qiymətləndirilməsini təmin etmək üçün sualtı görünmə məsafəsinin yaxşı olması və yerin hava şəraiti nəzərə alınmaqla su tədqiqatları üçün uyğun olması;

- Üstün hava şəraitinə uyğun olaraq suyun dərinliyinin və dənizin dibinin lövbər atmaq üçün yararlı olması;

- Yedəkdə olan gəmini idarə etmək üçün adekvat manevr sahəsinin olması;

- Xilasetmə, eləcə də çirklənmə ilə mübarizə avadanlıqlarının istifadəsi üçün quru və dəniz yolu ilə çatdırılmasının mümkünlüyü;

- “Beynəlxalq gəmi və liman təsisi təhlükəsizlik” kodunun tələblərinə uyğun olan təhlükəsizlik tələblərinə cavab verməsi;

Qeyd edək ki, Beynəlxalq Dəniz Təşkilatının Assambleyası 5 dekabr 2003-cü il tarixdə “Köməyə ehtiyacı olan gəmilər üçün sığınacaq yerləri haqqında” A.949(23) saylı qətnamə də qəbul edib.

 

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, uzaq səfərlər kapitanı Həzi Nəbiyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır