Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Kruiz səfərlərinin bərpasından sonra bir sıra liman şəhərlərdə havanın çirklənməsi pandemiyadan əvvəlki səviyyəyə qayıdıb

Bir sıra Avropa limanları kruiz gəmilərinin səfərlərinin bərpası ilə havanın çirklənməsinin pandemiyadan əvvəlki səviyyələrinə qayıdıb. Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2020-ci ildə gəmi yanacaqlarında kükürdün tərkibinə tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, 2022-ci ildə Avropada 218 kruiz gəmisindən kükürd oksidlərinin (SOx) emissiya səviyyəsi 1 milyard avtomobilin emissiyasına bərabər olub.

"Seanews.az" xəbər verir ki, “Transport & Environment” tərəfindən aparılan yeni araşdırmada belə deyilir.

2022-ci ilin sonunda kruiz gəmiləri (təxminən 18 ton SOX) tərəfindən havanın çirklənməsinə görə Barselona birinci yerdədir, ikinci yerdə Romanın şimal-qərbində yerləşən Civitavecchia limanı və Yunanıstanın Pirey limanı gəlir.

Venesiya limanında, şəhərin böyük kruiz gəmilərinin girişinə qadağa qoymasından sonra gəmilərdən gələn çirkləndirici emissiyalar 80% azalıb. 2019-cu ildə Venesiya Avropanın ən çirkli liman şəhəri seçilmişdi, lakin 2021-ci ildə kruiz gəmisi qadağasının tətbiqindən sonra 41-ci yerə düşdü. Bu onu göstərir ki, havanın çirklənməsi ilə mübarizə aparmaq olar. Bununla belə, bu, limanların daha çox elektrikləşdirilməsini tələb edir, tədqiqat qeyd edir.

“MSC Cruises” emissiyalarına görə kruiz operatorları arasında birinci yerdədir. Bununla belə, bir çox kruiz operatorları adi gəmi yanacaqlarına daha təmiz alternativ mayeləşdirilmiş təbii qaza (LNG) sərmayə qoyurlar. 2023-cü ildə bron edilmiş kruiz gəmilərinin 40%-dən çoxu LNG ilə hərəkət edə bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır