Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük su elektrik stansiyası olan “Üç dərə” bəndinin beş səviyyəli şlüzləri ilə 20 ildə 1,91 milyard ton yük daşınıb

Yantszı çayı üzərində dünyanın ən böyük su elektrik stansiyası olan “Üç dərə” (“Three Gorges Dam”) bəndinin beş səviyyəli şlüzləri ilə 20 il ərzində 1,91 milyard ton yük daşınıb.

 “Seanews.az”-ın məlumatına görə, son iki onillikdə Yantszının yuxarı axarında yerləşən şlüzdən 993 mindən çox gəmi keçib və təxminən 12,24 milyon sərnişin daşınıb.

2003-cü ilin iyun ayından naviqasiya üçün açıldıqdan sonra buradan keçən gəmilərin dedveyti 1000 tondan 5000 tona qədər artmışdır.

Şlüzlər vasitəsilə yük daşımalarının həcmi də əhəmiyyətli dərəcədə artaraq 2022-ci ildə 156 milyon tona çatıb. Qeyd edək ki, 2021-ci ildə daşımaların həcmi 146 milyon ton təşkil edib.

“Üç dərə” layihəsi uzunluğu 2309 metr, hündürlüyü 185 metr olan bənddən, şimal və cənub tərəfdən beşyaruslu şlüzlərdən və ümumi gücü 22,5 milyon kVt olan 34 turbin generatorundan ibarət çoxfunksiyalı su idarəetmə sistemidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır