Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

ASCO-da 2022-ci ilin yekunlarına görə ən yaxşıların adları açıqlanıb – SİYAHI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO)  2022-ci ilin yekunlarına görə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim”, “İlin ən yaxşı kranmeysteri” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

“Ən yaxşılar” ASCO sədri Rauf Vəliyevin imzaladığı əmrlə müsabiqənin keçirilmə qaydaları və Təşkilat komitəsinin müvafiq protokolu nəzərə alınaraq müəyyənləşdirilib. Bu müsabiqənin əsas məqsədi istehsalat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olan və dəniz nəqliyyatının inkişafında səmərəli fəaliyyət göstərən dənizçilərin əməyini qiymətləndirməkdir.

2022-ci ilin ən yaxşılarının siyahısını təqdim edirik:

 

“Ən yaxşı gəmi” - I YER

ASCO-nun aparatının idarəçiliyində olan “Qubadlı” gəmisi

DND-nin “Şuşa” gəmisi

XDND-nin “Gültəkin Əsgərova” gəmisi

 

“Ən yaxşı gəmi” - II YER

DND-nin “Prezident Heydər Əliyev” neft məhsulları daşıyan gəmisi

XDND-nin “Mərdəkan” təchizat-yedək gəmisi

 

“Ən yaxşı kapitan”  - I YER

İlqar Ənvər oğlu Paşayev (ASCO aparatının idarəçiliyindəki  “Qubadlı” gəmisi)

Həsənov Emin Vaqif oğlu (DND-nin “Balakən” gəmisi)

Əliyev Şahin Müstəcəb oğlu (XDND-nin “Nefteqaz-64” gəmisi)

 

“Ən yaxşı kapitan”  - II YER

Hüseynov Hikmət Şəmməd oğlu (DND-nin “Gəncə” gəmisi)

İsmayılov Elvin Fərman oğlu (XDND-nin “General Əliağa Şıxlinski” gəmisi)

 

“Ən yaxşı mexanik” - I YER

Əsgərov Anar Xanlar oğlu (ASCO aparatının idarəçiliyindəki “Suqovuşan” gəmisi)

Rüstəmov Elçin Zeynalabdul oğlu (DND-nin “Zərifə Əliyeva” gəmisi)

Hüseynov Rövşən Allahverdi oğlu (XDND-nin “Mərdəkan” gəmisi)

 

“Ən yaxşı mexanik” - II YER

Əliyev Tofiq Mikayıl oğlu (DND-nin “Balakən” gəmisi)

Əliyev Ağalar Davud oğlu (XDND-nin “Lyutoqa” gəmisi)

 

“Ən yaxşı elektrik mexaniki” - I YER

İbrahimov Anar Şahin oğlu (ASCO aparatının idarəçiliyindəki “Azərbaycan” gəmisi)

İsaqov Zakir Babadi oğlu (DND-nin “Professor Əziz Əliyev” gəmisi)

Butayev Zaur Səbri oğlu (XDND-nin “Vaqif Cəfərov” gəmisi)

 

“Ən yaxşı elektrik mexaniki” - II YER

Məmmədbəyov Əzim Rəhbər oğlu (DND-nin “Şuşa” gəmisi)

Novruzov Eyvaz Əbülfəz oğlu (XDND-nin “Balarza Məmmədov” gəmisi)

 

“Ən yaxşı bosman” - I YER

Soltanov Asəf Adil oğlu (ASCO aparatının idarəçiliyindəki “İsrafil Hüseynov” gəmisi)

İbrahimov Süleyman Əsəd oğlu (DND-nin “Cəlil Məmmədquluzadə” gəmisi)

Quliyev Elşad İcilas oğlu (XDND-nin “Atlet-2” gəmisi)  

 

“Ən yaxşı bosman” - II YER

Mehtiyev Zabil Sabir oğlu (DND-nin “Azərbaycan” gəmisi)

Quliyev Qaroğlan Feyruz oğlu (XDND-nin “Vaqif Cəfərov” gəmisi)

 

“Ən yaxşı matros” - I YER

Hacıyev Famil Xəlil oğlu (ASCO aparatının idarəçiliyindəki “Azərbaycan” gəmisi)

Əmiraslanov Rasim Faiq oğlu (DND-nin “Laçın” gəmisi)

Məmmədov Səfa Ziyafət oğlu (XDND-nin “Om” gəmisi)

 

“Ən yaxşı matros” - II YER

Musayev Famil Qasım oğlu (DND-nin “Rəsul Rza” gəmisi)

Bağırov Elməddin Nəsrəddin oğlu (XDND-nin  “Lyutoqa” gəmisi)

 

“Ən yaxşı motorçu” - I YER

Quliyev Zaur İsrəfil oğlu (ASCO aparatının idarəçiliyindəki “STB-1” gəmisi)

Muradov Zaur Ədalət oğlu (DND-nin “Qarabağ” gəmisi)

Əzimov Kamran Fariz oğlu (XDND-nin “Nefteqaz-64” gəmisi)

 

“Ən yaxşı motorçu” - II YER

Bünyadov Zaur Fail oğlu (DND-nin “Şuşa” gəmisi)

Məmmədov Rəvan Nizam oğlu (XDND-nin “Şirvan-2” gəmisi)

 

“Ən yaxşı kranmeyster” - I YER

İsmayılov Orxan Müzəffər oğlu (XDND-nin “Şirvan” gəmisi)

 

“Ən yaxşı kranmeyster” - II YER

Babayev Sadıx Aslanoviç (XDND-nin “Şirvan-2” gəmisi)

 

"İlin ən gənc dənizçisi" - I YER

Allahverdiyev Tərlan Səxavət oğlu (DND-nin "Teymur Əhmədov" gəmisi)

Babayev Vüqar Azər oğlu (XDND-nin "Zirə" gəmisi)

 

"İlin ən gənc dənizçisi" - II YER

Sultanlı Sahib Niyaz oğlu (DND-nin “Azərbaycan” gəmisi)

Həsənov Rəhim Ziyəddin oğlu (DND-nin“General Əliağa Şıxlinski” gəmisi)

 

“Ən yaxşı gəmi təmirçisi” - I YER

Qasımov Kamil Qasım oğlu (ZGTTZ-nin Gəmi təmiri çilingəri)

Allahverdiyev Əhməd Oysar oğlu (BGTZ-nin Gəmi gövdə təmirçisi)

 

 “Ən yaxşı gəmi təmirçisi” - II YER

Novruzov Vüqar Vaqif oğlu (ZGTTZ-nin Gəmi gövdə təmirçisi)

Qurbanov Rasim Kazım oğlu (BGTZ-nin Tornaçısı)

 

 “Ən yaxşı müəllim”

Həsənov Vaqif Hajan oğlu (ADDA-nın Tətbiqi mexanika kafedrasının müdiri)

“Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi” nominasiyaları üzrə birinci yerin qaliblərinə aylıq vəzifə maaşlarının iki misli, ikinci yerin qaliblərinə aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat veriləcək.

 

“Ən yaxşı gəmi” nominasiyası üzrə birinci yeri tutmuş gəmilərin heyət üzvlərinin hər biri aylıq vəzifə maaşlarının bir misli, ikinci yeri tutmuş gəmilərin heyət üzvlərinin hər biri aylıq vəzifə maaşlarının 0,5 misli məbləğində mükafata layiq görülüb.

 

“Ən yaxşı müəllim” nominasiyasının qalibinə aylıq vəzifə maaşının iki misli, “İlin gənc dənizçisi” nominasiyası üzrə qaliblərə onların aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat təyin olunub.

 

“İlin ən yaxşı kranmeysteri” üzrə birinci yerin qalibinə aylıq vəzifə maaşının bir misli, ikinci yerin qalibinə isə aylıq vəzifə maaşının 0,5 misli  məbləğində mükafat veriləcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır