Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Yaponiyada insanlar delfinlərin hücumuna məruz qalır, xəsarət alanlar var

Yaponiyanın Mihama şəhərinin çimərliyində 4 nəfər delfinlərin hücumuna məruz qalaraq xəsarət alıb.

Məlumata görə, zərərçəkənlərdən birinin qabırğaları sınıb və əlləri dişlənib. Delfin ona sahildən bir neçə metr aralıda hücum edib. Sahil yaxınlığında üzən daha bir nəfəri - 40 yaşlı kişini də delfin dişləyib.

Qeyd edilir ki, delfinlərin hücumu nəticəsində daha iki nəfər yaralanıb.

Polisin məlumatına görə, bu il ərazidə artıq 6 belə hücum olub. Hətta şəhər çimərliyində istirahət edənlərə delfinlərə yaxınlaşmağın və onlara toxunmağın təhlükəli olduğu barədə xəbərdarlıq lövhələri quraşdırılıb.

Alimlər delfinlərin insanların onlara yaxın üzən zaman çox əsəbi olduğunu bildiriblər. Qeyd ediblər ki, bu, heyvanların adi davranışını pozur.

Alimlər onu da bildirirlər ki, delfinlər insanlarla yanaşı, bəzən digər dəniz canlılarına da hücum edir, lakin onları dərhal öldürmür. Eyni zamanda, alimlər delfinlərin onların ovu olmayan heyvanlara niyə hücum etdiyini bilmirlər. Onlar bunun qida uğrunda rəqabətlə bağlı ola biləcəyini düşünürlər.

Delfinlərin insanlara hücumu ayrı-ayrı illərdə başqa ölkələrdə də baş verib. 2013-2014-cü illərdə İrlandiyada delfinlərin insanlara silsilə hücumu qeydə alınıb. Heyvanların hücum etdiyi insanlardan birinin qabırğası sınıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır