Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Keyfiyyətsiz yanacaq 600-dən çox gəmini sıradan çıxarıb

2022-ci ildə dünyada 600-dən çox gəmi texniki şərtlərə cavab verməyən yanacaqdan istifadəyə görə sıradan çıxıb və nəticədə dünya təchizat zəncirində maliyyə itkiləri 5 milyard dolları keçib.

“Seanews.az”-ın məlumatına görə, “FuelTrust”-in hesabatında belə deyilir.

2021-2022-ci illər arasında bunker yanacağının tərkibindəki çirk və ya kənar qarışığın nisbəti nəzərdə tutulmuş texniki hədlə müqayisədə hər yüz gəminin 39-da 2%-i keçib.

Müəyyən edilmiş uyğunsuzluğun əsas səbəbi sahil çənlərindən yanacaq çənlərinə köçürülmə zamanı gəminin özündə yanacağa suyun qarışması olub. Problem suyun miqdarını 0,1%-dən 0,25%-dək artırıb. "Bu rəqəm məqbul həddən aşağı olsa da, hər çatdırılma üçün orta hesabla 14,9 min dollar itki ilə nəticələnib."

“Gəmi yanacağı gəminin istismar xərclərinin 50%-dən çoxunu təşkil edir. Bu, o deməkdir ki, tədarük zəncirlərinin saxtakarlığı və yanlış idarə edilməsi gəmi sahiblərinin və kirayəçilərin, eləcə də yanacaq tədarükçülərinin mənfəətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. “FuelTrust”-in məlumatına görə, bu ilin iyul ayında Hyuston limanında bunker yanacağının çirklənməsi ilə bağlı yalnız bir hadisə nəticəsində 11 gəmi üzmə keyfiyyətini itirib və 100-dən çox gəmi isə ziyan çəkib.

Yanacaq nominal olaraq müəyyən edilmiş keyfiyyət standartlarına cavab verdikdə belə, onun həcmi və ya tərkibi baxımından uyğunsuzluqlar ola bilər ki, bu da maliyyə itkilərinə və ya mühərrikdə problemlərə səbəb olur.

“FuelTrust” belə qənaətə gəlir ki, dünya bunker bazarının yanacaq tədarükü zəncirində daha çox şəffaflığa, izlənilməyə və təhlükəsizliyə ehtiyacı var.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır