Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

1994-cü ildə batmış bərənin burnunun bir parçası dənizin dibindən çıxarılıb

Baltik dənizində beynəlxalq tədqiqat qrupu 1994-cü ildə batmış “Estoniya” bərəsinin burnunun bir paçasını dənizin dibindən çıxarıb.

"Seanews.az" xəbər verir ki, gəminin çıxarılan hissəsi Estoniyanın Paldiski limanına göndəriləcək. Ehtimal olunur ki, onun tədqiqi 852 nəfərin ölümü ilə nəticələnən fəlakətin dəqiq səbəbini anlamağa kömək edəcək.

Su altında işləmək üçün dalğıc robotlarından istifadə olunub. Bərənin qalıqları təxminən 80 m dərinlikdə yerləşir.

“Estoniya” bərəsinin batması 1912-ci ildə “Titanik” faciəsindən sonra sülh dövründə Avropa gəmisi ilə bağlı ən böyük dəniz fəlakəti idi. Gəmi Estoniya və İsveç arasında müntəzəm səfərlər həyata keçirirdi. “Estoniya” 1994-cü il sentyabrın 28-də batanda göyərtəsindəki 989 nəfərdən yalnız 137-si sağ qalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır