Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Adriana gəmisinin qəzaya uğramasında Frontex agentliyinin rolu araşdırılır

Avropa İttifaqının nəzarət orqanı Aİ-nin xarici sərhəd təhlükəsizliyi agentliyinin (Frontex) yeni tarixdə ən ölümcül miqrant gəmi qəzalarından birində oynadığı rolla bağlı təhqiqata başlayıb.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Aİ ombudsmanının tələb etdiyi sənədlər arasında agentliyin iyunun 14-də Yunanıstan sahillərində Adriana gəmisinin batması zamanı hadisələrin necə cərəyan etdiyinə dair rəsmi hesabatı da var. Balıqçı gəmisinin göyərtəsində 750-dək insan olub. Onlardan yalnız 104-ü sağ qalıb, 82-nin isə cəsədi tapılıb.

Faciə ilə əlaqədar Yunanıstan Sahil Mühafizəsinin, eləcə də gəminin qəzaya uğramasının qarşısını almaq üçün lazımi addımlar atmamaqda ittiham olunan Frontex-in ünvanına yenidən kəskin tənqidlər səslənib. Agentliyin nümayəndələri bildiriblər ki, həddən artıq dolu olan gəmi aşkarlandıqdan sonra onlar Yunanıstan hakimiyyətinə kömək təklif ediblər, lakin iki zəngin heç birinə cavab verilməyib.

Eyni zamanda, Yunanıstanın hakimiyyət orqanları öz hərəkətlərinə haqq qazandırmağa çalışıb: köməyə gəmi göndərilib, lakin troulerin kapitanı yardımdan imtina edərək İtaliyaya doğru üzməkdə davam edib.

Son illər həm Yunanıstan Sahil Mühafizəsi, həm də Frontex miqrantları dənizdə sıxışdırmaq üçün əməliyyatlar həyata keçirməkdə, yaxud buna göz yumaraq əsas insan hüquqlarını pozmaqda ittiham olunurlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır