Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Alimlər bu əsrdə okean cərəyanları sisteminin mümkün çökməsi barədə xəbərdarlıq ediblər

Danimarkalı alimlər tərəfindən aparılan yeni araşdırmada iddia edilir ki, Atlantik okeanı boyunca şimal istiqamətində istilik daşıyan okean cərəyanları sistemi bu əsrdə çökə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırmanın müəlliflərinin qənaətinə görə, Atlantik meridional çevrilmə dövranı artıq bir neçə onillik ərzində zəifləyir.

Bundan əvvəl alimlər xəbərdarlıq ediblər ki, bu sistemin tam çökməsi Avropada ekstremal havaya və ABŞ-da dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər.

Danimarkalı alimlər bildiriblər ki, sistemin çökməsi 2025-ci və 2095-ci illər arasında baş verə bilər.

Tədqiqatın gəldiyi nəticə İqlim məsələləri üzrə Hökumətlərarası ekspertlər qrupunun proqnozları ilə ziddiyyət təşkil edir. Ekspertlər qrupu bildirib ki, bu əsrdə belə bir ssenarinin olması ehtimalı azdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır