Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Türkiyənin dörd limanı dünyanın ən yaxşıları sırasına daxil olub

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkənin dörd limanının “Lloyd's List” tərəfindən hazırlanan “Dünyanın 100 Ən Yaxşı Limanı” siyahısında yer aldığını açıqlayıb.

Məlumata görə, bunlar Ambarlı, Kocaeli, Mersin və Tekirdağ limanlarıdır.

Türkiyə limanları yerli operatorların qəbul etdiyi konteyner sayına görə reytinqdə yer alıb.

2022-ci il üzrə qiymətləndirməyə görə, Ambarlı limanı 74, Kocaeli limanı 89, Mersin limanı 92, Tekirdağ limanı isə 100-cü yerdədir.

Siyahıda Türkiyə limanlarının yer alması ölkədə dənizçilik və logistika sahəsinə qoyulan mühüm investisiyaların, sektorun inkişafının göstəricisi kimi diqqət çəkir.

Haber Global


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır