Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Xəzərdəki kütüm və külmə balıqlarının populyasiyasında güclü cavanlaşma müşahidə edilib

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri vəzifəsini icra edən, b.ü.f.d., dosent Süleyman Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə Xəzər dənizinin Azərbaycan sektorunda çirklənmənin Xəzər dənizinə və ətraf mühitə təsirinin müəyyənləşdirilməsi, nərə cinsli və digər növdən olan balıqların vəziyyətinin və su mühitinin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə kompleks ekoloji monitorinq ekspedisiyasında iştirak edib.

AMEA-dan APA-ya verilən xəbərə görə, ekspedisiya zamanı 9 kəsimdən ibarət olan 45 stansiyadan ixtioloji materiallar toplanılıb.

Tədqiqat nəticəsində son illərdə Xəzər dənizi səviyyəsinin aşağı düşməsi, istiliyin normadan artıq olması ilə əlaqədar olaraq Xəzərdə yaşayan kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib.

Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq Orta və Cənubi Xəzərdə Mnemiopsis leidyi daraqlısının sayının azalması və ölçüsünün kiçilməsi hallarıda müşahidə edilib. 2022-ci ildə monitorinq işi zamanı ilk dəfə olaraq Qızılağac akvatoriyasında rast gəlinmiş Beroe ovata daraqlısının isə 2023-cü ildə sayının və ölçüsünün artması müşahidə edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır