Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Qlobal dəniz külək elektrik stansiyalarının quraşdırılmış gücü 2028-ci ilədək 200 giqavata çatacaq

Dünya üzrə 20 ölkədə fəaliyyət göstərən dəniz külək elektrik stansiyalarının (QES) quraşdırılmış gücünün 2023-2027-ci illərdə hər il ortalama 26 giqavat artaraq 194 giqavata çatacağı gözlənilir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) və Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilib.

Məlumata görə, 2022-ci ildə qlobal dəniz külək elektrik stansiyalarının quraşdırılmış gücü 8,8 giqavat və ya 15,9 % artaraq 64,3 giqavata yüksəlib.

Hazırda dənizin ən azı 60 metr dərinliyində quraşdırılan dəniz külək elektrik stansiyaları ilə yanaşı üzən dəniz elektrik stansiyaları da quraşdırıla bilər və onların əhatəsinin 2030-cu ilədək genişlənəcəyi proqnozlaşdırılır.

2022-ci ildə dəniz külək elektrik stansiyalarının quraşdırılmış gücündə Çin lider ölkə olub. O, ötən il QES-in quraşdırılmış gücünə 5,052 min megavat artıraraq 31,442 min meqavata çatdırıb. Növbəti pillələrdə isə Böyük Britaniya (il ərzində 1 179 megavat artıraraq 13,918 min megavata çatdırıb) və Almaniya (342 megavat artıraraq 8,055 min megavat) qərarlaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır